Dünya

Ermənistan ilə Rusiya arasında PENDİR BÖHRANI

25 Jul 2026, 14:50 3 baxış
Ermənistan ilə Rusiya arasında PENDİR BÖHRANI
Rusiya bazarının itirilməsi halında Ermənistan pendir ixracından əldə etdiyi gəlirlərin 80 faizindən çoxundan məhrum olacaq. Oxu.Az xəbər verir ki, bu barədə milli statistika xidmətlərinin məlumatlarına istinadən "RİA Novosti" məlumat yayıb. 2025-ci ildə Ermənistanın sözügedən məhsulun tədarükündən qazancı 16.4 milyon dollar təşkil edib ki, bunun da 13.5 milyon dolları Rusiyaya ixrac hesabına əldə olunub. Beləliklə, Ermənistan pendirinin ixracından gələn mənfəətin 83 faizi məhz Rusiya bazarının payına düşüb. Ötən il ərzində Ermənistan pendirinin digər əsas alıcıları sırasında ABŞ (1.8 milyon dollar) və Gürcüstan (670.9 min dollar) yer alıb. Xatırladaq ki, bundan əvvəl "Rosselxoznadzor" Ermənistandan süd məhsullarının idxalını məhdudlaşdırmaq qərarına gəlib. Qadağalar iyulun 27-dən etibarən qüvvəyə minir. "Rosselxoznadzor"dan verilən məlumata görə, qurumun mütəxəssisləri Rusiyaya süd məhsulları ixrac edən Ermənistanın süd emalı müəssisələrində yoxlamalar aparıblar. Nəticədə məhsullarda xəstə heyvanlardan alınan süddən istifadə olunduğu aşkar edilib. Bundan əlavə, Ermənistanın baytarlıq xidmətinin yalnız yerli və ya Aİİ müəssisələrinin xammalından istifadə olunacağı barədə verdiyi zəmanətlərə baxmayaraq, Rusiya bazarı üçün nəzərdə tutulan yüksək yağlı məhsulların istehsalında üçüncü ölkələrdən gətirilən xammalın tətbiq edilməsi faktları da öz təsdiqini tapıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər