Dünya
Ankarada güclü yağış fəsadlar törətdi: Yollar çökdü, ticarət obyektlərini su basdı - VİDEO
Türkiyənin paytaxtı Ankarada səhər saatlarında yağan güclü leysan gündəlik yaşayışa ciddi təsir göstərib. Oxu.Az xəbər verir ki, bu barədə "İhlas" xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, Mamak rayonunda yolun çökməsi nəticəsində avtomobil çuxura düşüb, bir çox iş yerlərini su basıb, küçə və prospektlər gölə çevrilib. Hadisə zamanı ölən və ya yaralananların olmadığı bildirilir. Leysanın ən çox ziyan vurduğu bölgələrdən olan Mamakda, Mutlu məhəlləsində yerləşən məktəbin hasarı uçub. Yenikent Sənaye Zonasında isə bir çox obyekti su basıb. Subasma səbəbindən iş yerlərinə ciddi maddi ziyan dəyib, sənaye zonasındakı bəzi ərazilər isə tamamilə suyun altında qalıb.

Mənbə
oxu.az