Digər
1613-cü gün: Rusiyanın itkiləri yeniləndi
Ukrayna müharibənin 1613-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 437 550 hərbçi, 12 208 ədəd tank, 25 011 ədəd zirehli döyüş maşını, 46 724 ədəd artilleriya sistemi, 1968 (reaktiv yaylım atəş sistemi), 1 518 hava hücumundan müdafiə sistemi, 439 ədəd hərbi təyyarə, 354 ədəd helikopter, 2023 ədəd yerüstü robot-texnika kompleksi, 426 836 ədəd PUA, 125 358 ədəd avtomobil texnikası, 4 943 qanadlı raket, 34 gəmi/kater, 2 sualtı qayıq, 4 462 xüsusi avadanlıq itirib.
Mənbə
axar.az