Dünya

Gürcüstan yenidən işıqsız qalıb: Hətta su da gəlmir

25 Jul 2026, 09:19 1 baxış
Gürcüstan yenidən işıqsız qalıb: Hətta su da gəlmir
Gürcüstanda elektrik enerjisinin genişmiqyaslı kəsilməsi müşahidə olunur. Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir. Bildirilir ki, Tbilisidə işıq yoxdur. Yerli nəşrlər, həmçinin Ozurgeti, Poti, Rustavi şəhərlərində qəza səbəbindən kəsilmələr barədə yazırlar. İşığın qəza səbəbindən kəsilməsinə görə su nasosları işini dayandırıb, bunun nəticəsində Tbilisinin bəzi rayonlarında suyun verilməsi də dayandırılıb. Küçələrdə işıqforlar işləmir. Mağazalarda da işıq yoxdur. Elektrik enerjisinin kəsilməsinin səbəbləri barədə elektrik paylayıcı şirkətlərdən rəsmi açıqlama daxil olmayıb. Daha əvvəl, iyulun 24-nə keçən gecə də Gürcüstanda elektrik enerjisinin genişmiqyaslı kəsilməsi baş vermişdi. İşığın verilişinin tam bərpası üçün bir neçə saat tələb olunmuşdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər