Digər

Gürcüstan yenə işıqsız qaldı

25 Jul 2026, 09:09 19 baxış
Gürcüstan yenə işıqsız qaldı

Gürcüstanda elektrik enerjisinin verilməsində kəsintilər qeydə alınıb.


Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.


Bildirilib ki, paytaxt Tiflis, Ozurgeti, Poti və Rustavi şəhərlərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.


Kəsintiyə görə su nasosları işləməyib və bu da Tiflisin bəzi ərazilərində su təchizatının kəsilməsinə səbəb olub.


Elektrik paylayıcı şirkətlərdən kəsintilərin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.


Qeyd edək ki, 24 iyul gecəsi də Gürcüstanda elektrik enerjisi kəsintiləri baş vermişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər