Dünya

Polşada it sahiblərinə yeni qadağa: Prezident qanunu təsdiqlədi

25 Jul 2026, 07:02 2 baxış
Polşada it sahiblərinə yeni qadağa: Prezident qanunu təsdiqlədi
Polşa Prezidenti Karol Navrotski ötən ilin noyabrında analoji qanun layihəsinə veto qoymasından sonra itlərin zəncir və digər vasitələrlə bağlı saxlanılmasını qadağan edən qanunu təsdiqləyib. Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı yeni redaktədə hazırlanmış sənədin bütün maraqlı tərəflərin - fermerlərin, peşəkar kinoloqların və xidməti it sahiblərinin maraqlarını nəzərə aldığını bildirib. Onun sözlərinə görə, qanun layihəsinin əvvəlki variantına yönələn iradlar nəzərə alınıb və sənəd bu təkliflər əsasında təkmilləşdirilib. Qeyd edək ki, indiyədək Polşada 1997-ci ildən qüvvədə olan qanunvericiliyə əsasən, tasmanın uzunluğu üç metrdən çox olduğu halda itlərin bağlı saxlanılmasına icazə verilirdi.
Polşada it sahiblərinə yeni qadağa: Prezident qanunu təsdiqlədi
Mənbə oxu.az

Oxşar Xəbərlər