Dünya
İranlı general: "ABŞ-li hərbçilər üçün cəhənnəmə pulsuz biletlər hazırlamışıq"
İran ordusu ABŞ-nin endirdiyi zərbələr nəticəsində həlak olan hər bir İran vətəndaşına görə bir amerikalı hərbçini öldürəcəyi ilə hədələyib. Oxu.Az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu bəyanatla "Xatəm əl-Ənbiyə" Mərkəzi Qərargahının komandanı, general-mayor Əli Abdullahi çıxış edib. "Səmərəliliyini artıq praktikada düşmənə sübut etdiyimiz qaydanı bu andan etibarən döyüş meydanının yekun və rəsmi tənliyi hesab edirik: İslam İranının həlak olan hər bir qürurlu vətəndaşına görə bir amerikalı hərbçi əcdadlarının yanına göndəriləcək. Biz sizin üçün cəhənnəmə pulsuz və birbaşa biletlər hazırlamışıq", - deyə Abdullahi bildirib.
Mənbə
oxu.az