Dünya
Əraqçı dövlət televiziyasından narazıdır: "Elə bil heç nə olmayıb" - VİDEO
İranın xarici işlər naziri Abbas Əraqçı xarici telekanallara verdiyi müsahibələrin İran Dövlət Televiziyası tərəfindən yayımlanmamasından narazılığını ifadə edib. Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
"Mən "Fox News", CNN və digər televiziya kanallarına müsahibələr verdim, sərt müzakirələr apardım və bütün suallara cavab verdim. Düşünürdüm ki, axşam dövlət televiziyası bunları yayımlayacaq və deyəcəklər: "Baxın, xarici işlər nazirimiz necə çıxış edir". Amma elə bil heç nə olmayıb. Niyə? Ən çox bəyəndikləri iki cümləni altyazı kimi verib keçirlər, vəssalam. Göstərin də xarici işlər naziri nə iş görüb! Bəqayi (İran XİN-in sözçüsü - red.) mütəmadi olaraq müsahibələr verib, digər müavinlərim də müxtəlif yerlərdə danışıqlar aparıblar...", - deyə Əraqçı narazılığını ifadə edib.

Mənbə
oxu.az