Digər

Kərim Xan vəzifədən kənarlaşdırıldı

24 Jul 2026, 23:00 3 baxış
Kərim Xan vəzifədən kənarlaşdırıldı

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) iştirakçı dövlətlərinin assambleyası prokuror Kərim Xanın tutduğu vəzifədən kənarlaşdırılmasına səs verib.


Axar.az Report-a istinadla xəbər verir ki, onun kənarlaşdırılmasının lehinə BCM-in 125 iştirakçı ölkəsindən 82-si səs verib. Bununla yanaşı, Xanın vəzifələrinin icrası dövründə verdiyi bütün orderlər qüvvədə qalır, çünki onları yalnız hakimlər ləğv edə bilər.


Kərim Xan 2024-cü ilin oktyabrında əməkdaşlardan biri tərəfindən zorakılıqda ittiham edilib. Araşdırma müddətində BCM onu ödənişsiz məzuniyyətə göndərib, faktiki olaraq isə o, 2025-ci ilin mayından prokuror vəzifələrini icra etmir.


Xan 2021-ci ilin iyunundan Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru postunu tuturdu.

Mənbə axar.az

Oxşar Xəbərlər