Digər

Tramp AB-ni buna görə hədələdi

24 Jul 2026, 23:18 2 baxış
Tramp AB-ni buna görə hədələdi

ABŞ Prezidenti Donald Tramp Amerika texnologiya şirkətlərinə tətbiq edilən böyük cərimələrdən sonra Vaşinqtonun Avropa Birliyinin (AB) siyasəti ilə bağlı araşdırmaya başlayacağını bildirib və Brüsseli yeni rüsumlarla hədələyib.


Axar.az xəbər verir ki, müvafiq paylaşım Amerika liderinin "Truth Social" səhifəsində yerləşdirilib.


Trampın sözlərinə görə, AB əsassız olaraq Əpli 15, Metanı 3, Amazonu 2,5, Quqlu isə 1 milyard dollar cərimələyib. Amerika liderinin iddiasına görə, Quqla tətbiq edilən cərimələrin ümumi məbləği 18 milyard dolları keçib.


Tramp AB-nin hərəkətlərini "qanunsuz və son dərəcə ayrı-seçkilik xarakterli təcrübə" adlandırıb.


"Biz Amerika şirkətlərinin və öz növbəsində, Amerika vergi ödəyicilərinin "soyğunçuluq" təcrübəsi ilə bağlı 301-ci maddəyə uyğun olaraq dərhal araşdırmaya başlayacağıq. Avropa Birliyinin bu qanunsuz və son dərəcə qeyri-etik davranışının nəticəsi ağır olacaq", - Tramp vurğulayıb.


O, həmçinin əlavə edib ki, Brüssel cərimələri tamamilə ləğv etməlidir, əks halda, Vaşinqton yaxın vaxtlarda AB-yə qarşı əhəmiyyətli idxal rüsumları tətbiq etməyi planlaşdırır.

Mənbə axar.az

Oxşar Xəbərlər