Kriminal
Azərbaycanda 355 cinayət işinə yenidən baxılması qərarı verilib
Azərbaycanda bu ilin altı ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub. Oxu.Az xəbər verir ki, sözügedən məlumat Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında qeyd olunub. Vurğulanıb ki, cari ilin birinci yarımilində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub. 2026-cı ilin birinci yarımili ərzində cinayət təqibindən kənar icraatlarla əlaqədar 916 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilməklə, inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin olunub.
Mənbə
oxu.az