Dünya
Banqladeşin prezidenti istefa verdi
Banqladeş Prezidenti Məhəmməd Şahabuddin rəsmi şəkildə istefa verdiyini bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə "Daily Star" nəşri məlumat yayıb. Bildirilib ki, siyasətçi vaxtından əvvəl vəzifədən getməsinin səbəbi kimi xəstəliyini göstərib: "Müxtəlif sağlamlıq problemlərindən əziyyət çəkirəm. Hazırda əlavə edəcəyim başqa bir şey yoxdur". Bundan bir qədər əvvəl onun mətbuat katibi Sarvar Alam "Bloomberg" agentliyinə verdiyi açıqlamada dövlət başçısının səhhətinin pisləşməsi fonunda postunu tərk edəcəyini bildirmişdi. "Xəstəlik səbəbindən o, artıq öz vəzifələrini icra edə bilmir. Onun müalicəyə və istirahətə ehtiyacı var", - deyə Alam vurğulamışdı.
Mənbə
oxu.az