Dünya

Rusiya Kiyevə ballistik raketlərlə hücum etdi - FOTO

24 Jul 2026, 14:20 11 baxış
Rusiya Kiyevə ballistik raketlərlə hücum etdi - FOTO
Rusiya Ukraynanın paytaxtı Kiyevi ballistik raketlərlə vurub. Oxu.Az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb. Bildirilib ki, Kiyevdə hava həyəcan siqnalının ardınca Hərbi Hava Qüvvələri paytaxta doğru bir neçə yüksəksürətli hədəfin yaxınlaşdığını bildirib. Bundan dərhal sonra partlayış səsləri eşidilməyə başlayıb. Şəhər meri Vitali Kliçko da hücum faktını təsdiqləyərək, sakinləri sığınacaqları tərk etməməyə çağırıb. "Şəhərdə partlayışlar baş verir. Paytaxtda hava hücumundan müdafiə qüvvələri fəaliyyət göstərir. Sığınacaqlarda qalın", - deyə o bildirib. Monitorinq təşkilatlarının məlumatına əsasən, Rusiya tərəfi Kiyev istiqamətində "Sirkon" hipersəs raketləri də daxil olmaqla azı 10 ballistik raket buraxıb.
{{gallery}}
Rusiya Kiyevə ballistik raketlərlə hücum etdi - FOTO Rusiya Kiyevə ballistik raketlərlə hücum etdi - FOTO Rusiya Kiyevə ballistik raketlərlə hücum etdi - FOTO Rusiya Kiyevə ballistik raketlərlə hücum etdi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər