Dünya
ABŞ SEPAH-ın hərbi-dəniz bazasına raket zərbəsi endirib
Bu gün səhər saatlarında ABŞ-nin endirdiyi raket zərbəsi nəticəsində İranın Gilan əyalətinin Zibakənar bölgəsində, Xəzər dənizi sahilində yerləşən İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) hərbi-dəniz bazasının bir hissəsinə ziyan dəyib. Oxu.Az "Azad İran" "Teleqram" kanalına istinadən xəbər verir ki, bununla bağlı, Gilan əyalətinin başçısının siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əli Baqiri məlumat verib. Onun sözlərinə görə, hücum yerli vaxtla saat 07:30-da baş verib və nəticədə bazada yerləşən hərbi avadanlıqların bir hissəsi zədələnib. Baqiri əlavə edib ki, ilkin qiymətləndirmələrə əsasən, hadisə nəticəsində insan itkisi qeydə alınmayıb.
Mənbə
oxu.az