Dünya
İranın Yaxın Şərqdəki müttəfiqlərinə gizli hərbi yardımı üzə çıxdı
İran "Ənsar Allah" (Husi) hərəkatını dəstəkləmək üçün Yəmənə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərini, hərbi məsləhətçilərini, raket və pilotsuz təyyarə avadanlıqlarını göndərib. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, iyulun 13-də İran şəxsi heyətini və hərbi texnikasını Tehrandan Yəmənə göndərib. Əvvəlcə hava gəmisi husilərin nəzarətində olan Səna şəhərinə doğru hərəkət edib. Lakin Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökuməti tərəfindən Sənada hava limanına hücum edildikdən sonra təyyarə Qırmızı dənizdəki liman şəhəri Hudeydaya yönləndirilib. Agentliyin məlumatına görə, İranın husilərə hərbi dəstəyi onun Qırmızı dənizdə gəmiçiliyə təhlükə yaratmaq istəyindən xəbər verir. Xatırladaq ki, daha öncə ABŞ Prezidenti Donald Tramp xəbərdarlıq etmişdi ki, husilər Səudiyyə Ərəbistanına məxsus gəmilərə qarşı hücumları dayandırmasalar, Vaşinqton baş verənlərə görə İranı günahkar biləcək və buna müvafiq cavab verəcək.
Mənbə
oxu.az