Dünya
Ağ Ev "OpenAI" tərəfindən "Hugging Face" sisteminə müdaxiləni diqqətdə saxlayır
Ağ Ev "ChatGPT" çat-botunun yaradıcısının - ABŞ-nin "OpenAI" şirkətinin süni intellekt modeli tərəfindən "Hugging Face" startapının sisteminə müdaxilə ilə bağlı vəziyyətin inkişafını diqqətdə saxlayır. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ Administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb. Agentliyin məlumatına əsasən, Ağ Evin texnologiya və elm siyasəti idarəsinin rəhbəri Maykl Kratsios prosesi yaxından izləyir. Bununla yanaşı, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri, Kaliforniyadan olan demokrat Ted Lyu və Texasdan olan respublikaçı Nataniel Moran yeni qanun layihəsi təqdim ediblər. Bu sənəd, istifadəsi zamanı təhlükə yaranarsa, federal hökumətə müəyyən süni intellekt modellərinin fəaliyyətini dayandırmaq səlahiyyətinin verilməsini nəzərdə tutur. İyulun 16-da süni intellekt modelləri və onların əsasında məhsul yaradanlara məlumat mübadiləsi aparmağa, həmçinin öz layihələrini dəyişdirməyə imkan verən "Hugging Face" platforması sistemlərinə icazəsiz girişin qeydə alındığı açıqlanmışdı. İyulun 22-də isə "OpenAI" şirkəti hücumun məhz onların Sİ modelləri tərəfindən həyata keçirildiyini etiraf edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər