Dünya

ABŞ Administrasiyasının əməkdaşlarının telefonlarını əllərindən aldılar - Tramp nədən narahatdır?

24 Jul 2026, 12:42 1 baxış
ABŞ Administrasiyasının əməkdaşlarının telefonlarını əllərindən aldılar - Tramp nədən narahatdır?
ABŞ Prezidenti Donald Trampın Administrasiyasının əməkdaşları Ağ Ev liderinə hədiyyə edilən təyyarənin xüsusiyyətlərinə dair məlumatların sızması ilə bağlı aparılan istintaq çərçivəsində telefonlarını təhvil verməyə məcbur olublar. Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, ABŞ rəhbərinin iyulun 8-də NATO sammitini tərk etdiyi təyyarənin dəyişdirilməsi səbəbləri barədə məlumatların internetə sızması Trampın narazılığına səbəb olub. Onun fikrincə, prezident təyyarəsinin texniki göstəricilərinin yayılması təhlükəsizlik üçün ciddi təhdid yarada bilər və bu səbəbdən o, araşdırmanın gedişatı barədə müntəzəm məlumatlandırılmasını tələb edib. Bundan əvvəl isə "The New York Times" qəzetinin bir neçə jurnalisti Donald Trampın yeni təyyarəsinin təhlükəsizlik baxımından kifayət qədər təchiz olunmaması ehtimalı barədə məqalə dərc etdikdən sonra məhkəməyə çağırış vərəqəsi alıb. Qəzet bu addımı prezident Trampın kütləvi informasiya vasitələrini qorxutmaq cəhdlərinin qeyri-adi dərəcədə güclənməsi adlandırıb. Daha öncə Tramp mətbuat nümayəndələrinə bildirmişdi ki, 2025-ci ildə Qətər kral ailəsi tərəfindən hədiyyə edilən yeni təyyarəsi tezliklə əlavə mühafizə sistemləri ilə təmin olunacaq və bu proses təxminən bir ay çəkəcək. "The Wall Street Journal"ın yazdığına görə, bu qərar ABŞ rəsmilərinin İsraildən İran tərəfindən sui-qəsd təhlükəsi barədə kəşfiyyat məlumatları almasından sonra qəbul edilib. Qəzetin mənbələrinin sözlərinə görə, təhdid tamamilə real hesab edilməyib. Buna baxmayaraq, Yaxın Şərqdə yenidən başlayan hərbi əməliyyatlar fonunda belə məlumatların əldə olunması təhlükəsizlik baxımından yetərincə təchiz edilmədiyi üçün Trampın təyyarəsini dəyişdirməsi ilə nəticələnib.
Mənbə oxu.az

Oxşar Xəbərlər