Dünya

Ermənilər daha rusiyalılara süd verə bilməyəcəklər

24 Jul 2026, 12:50 1 baxış
Ermənilər daha rusiyalılara süd verə bilməyəcəklər
Rusiyanın Baytarlıq və Fitosanitariya Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) iyulun 27-dən etibarən Ermənistandan süd məhsullarının gətirilməsini məhdudlaşdıracaq. Oxu.Az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti iyulun 24-də məlumat yayıb. Bildirilib ki, son yoxlamalar zamanı mütəxəssislər 2023-2024-cü illərdə qeydə alınan analoji qayda pozuntularını yenidən aşkar ediblər. "İyulun 14-dən 21-dək qurumun mütəxəssisləri tərəfindən Ermənistanın Rusiyaya məhsul tədarük edən və baytarlıq xidmətinin zəmanəti altında əvvəllər fəaliyyətə başlayan süd emalı müəssisələrində yoxlamalar aparılıb. Görülən işlər 2023-2024-cü illərdəki yoxlamalar zamanı aşkarlanmış pozuntuların təkrarlandığını təsdiqləyib", - deyə "Rosselxoznadzor"un rəsmi saytında dərc olunan məlumatda qeyd olunub. Bununla əlaqədar olaraq, idarə çox təhlükəli infeksiyaların Rusiyaya keçməsinin və təhlükəsiz olmayan süd məhsullarının yerli bazarda satışının qarşısının alınması tədbirləri çərçivəsində idxalın məhdudlaşdırılması barədə qərar qəbul edib. "Rosselxoznadzor" qeyd edib ki, yoxlamaların nəticələri Ermənistanın kənd təsərrüfatı istehsalçılarına nəzarət etməkdə çətinlik çəkdiyini sübut edir. Bu vəziyyət xüsusilə 2019-cu ildə hökumət tərəfindən aparılan islahatların fəsadları ilə əlaqələndirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər