Kriminal

Bakıda birgə kirayədə yaşadığı şəxsi öldürənə HÖKM OXUNUB

24 Jul 2026, 13:02 1 baxış
Bakıda birgə kirayədə yaşadığı şəxsi öldürənə HÖKM OXUNUB
Bakıda birgə kirayədə yaşadığı şəxsi öldürməkdə təqsirləndirilən Hüseyn Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Oxu.Az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib. Daha sonra məhkəmədə hökm oxunub. Hökmə əsasən, Hüseyn Həsənov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə Bakının Sabunçu rayonunun Ramana qəsəbəsinin Şuşa şəhərciyində baş verib. Hüseyn Həsənov birlikdə kirayə qaldığı iş yoldaşı Zəfər Məmmədovla mübahisə edib. Onlar bir-birinə qarşı qeyri-etik ifadələr işlədiblər. Mübahisə nəticəsində H.Həsənov Z.Məmmədovu 23 bıçaq zərbəsi ilə öldürüb. Daha sonra isə bıçağı qonşunun həyətinə atıb. H.Həsənov hadisəni törətdikdən sonra evi yandırmaq da istəyib. Hüseyn Həsənova qarşı Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9-cu maddələri ilə yekun ittiham elan olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər