Dünya

Neft kəskin bahalaşmadan sonra UCUZLAŞDI

24 Jul 2026, 11:20 2 baxış
Neft kəskin bahalaşmadan sonra UCUZLAŞDI
Qlobal bazarda neft kəskin bahalaşmadan sonra cüzi ucuzlaşıb. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:15-də Londonun ICE birjasında sentyabr ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 0.43 dollar (0.43%) azalaraq bir barel üçün 100.26 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent" 6.62 dollar (7%) bahalaşaraq bir barel üçün 100.69 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) sentyabr ayına çatdırılma ilə WTI markalı xam neftin füçersləri 0.53 dollar (0.57%) azalaraq bir barel üçün 91.66 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neft 5.36 dollar (6.2%) bahalaşaraq bir barel üçün 92.19 dollara satılmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər