Dünya
Kallas: "ABŞ-nin yeni gömrük rüsumları xoşagəlməz "sürpriz" oldu"
"ABŞ-nin elan etdiyi yeni gömrük tarifləri Avropa İttifaqı (Aİ) üçün gözlənilməz və xoşagəlməz "sürpriz"dir və Brüssel bununla bağlı Vaşinqtondan rəsmi izahat istəyəcək". Oxu.Az xəbər "Reuters"ə istinadən bildirir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas deyib: "ABŞ ilə müəyyən razılaşmamız mövcud idi və biz ona əməl edirdik. Bu razılaşmalara əməl edilməməsi bizim üçün xoşagəlməz oldu". Söhbət bir müddət öncə Amerika Birləşmiş Ştatlarının ticarət tərəfdaşlarına qarşı məcburi əməklə mübarizə səbəbindən yeni gömrük tarifləri tətbiqi barədə qərarından gedir. Həmin rüsumların miqdarı 10-12.5% aralığında dəyişir. Məhdudiyyətlər Avropa İttifaqı dövlətləri də daxil olmaqla 60 ölkəyə şamil olunur. Tətbiq edilən yeni tariflər əslində fevral ayının 24-dən etibarən 150 gün müddətinə qüvvədə olan müvəqqəti qlobal idxal rüsumlarını əvəzləyəcək. Bununla yanaşı, diplomat yeni məhdudiyyətlərin heç bir əsasa söykənmədiyini vurğulayıb. O bildirib ki, Aİ-nin əmək qanunvericiliyi ABŞ-nin müvafiq qanunundan üstündür və Avropa dövlətlərində ödənişli məzuniyyətlər və yüksək səviyyəli əmək şəraiti mövcuddur.
Mənbə
oxu.az
Oxşar Xəbərlər