Dünya
KİV: İran ABŞ-nin atəşkəsə dair yeni təklifini rədd edib
Tehran cümə axşamı günü İraqın Baş naziri Əli əz-Zeydi vasitəsilə çatdırılan Vaşinqtonun atəşkəs təklifindən imtina edib. Oxu.Az xəbər verir ki, bu məlumatı "The New York Times" (NYT) nəşri öz gizli mənbələrinə əsaslanaraq yayımlayıb. Nəşrin məlumatına görə, İran rəsmiləri bildiriblər ki, Tehran Hörmüz boğazına nəzarət problemini həll olunmamış qoyacaq müvəqqəti razılaşmada maraqlı deyil. ABŞ tərəfindən irəli sürülən təklifin dəqiq detalları isə nəşr tərəfindən açıqlanmayıb. Xatırladaq ki, ötən həftənin sonlarında İraqın Baş naziri ABŞ-yə rəsmi səfər edərək, ABŞ Prezidenti Donald Trampla görüşüb. 23 iyul, cümə axşamı isə Əli əz-Zeydi İran dövlət başçısı Məsud Pezeşkianın xüsusi dəvəti ilə Tehrana gedib.
Mənbə
oxu.az