Dünya
İndoneziyada güclü zəlzələ oldu
İndoneziya sahilləri yaxınlığında 5.8 maqnitudalı zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Mərkəzin məlumatına əsasən, seysmik hadisənin episentri təxminən 100 min əhalisi olan Ternat şəhərindən 131 kilometr cənub-qərb istiqamətində yerləşib. Zəlzələnin ocağı 49 kilometr dərinlikdə olub. İtki və dağıntı barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.
Mənbə
oxu.az