Dünya
ABŞ-də təyyarə qəzaya uğradı: Xəsarət alanlar var - VİDEO
ABŞ-nin Vaşinqton ştatında, Orkas adasının şimal hissəsində dəniz təyyarəsi qəzaya uğrayıb. Oxu.Az xəbər verir ki, bu barədə "KIRO7" telekanalı məlumat yayıb.
"Kenmore Airlines" aviaşirkətindən verilən məlumata görə, təyyarənin göyərtəsində azı 11 nəfər olub və onların hamısı sudan sağ-salamat çıxarılıb. ABŞ Sahil Mühafizə Xidmətinin bildirdiyinə görə, təyyarə suya qəza enişi etməyə cəhd göstərsə də, sonradan alışıb. "Kenmore Air" şirkətinin açıqlamasında qeyd olunur ki, dörd sərnişin sınıqlar, kəllə-beyin travmaları və kəsilmiş yaralar daxil olmaqla müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlardan birinin vəziyyəti kritik olaraq qalır. Təyyarənin qəzaya uğrama səbəbləri və heyəti qəza enişinə məcbur edən hallar hazırda aparılan təhqiqat çərçivəsində araşdırılır.

Mənbə
oxu.az