Dünya

Daha bir ölkə Avropanın ən güclü ordusunu yaradacağının anonsunu verdi

24 Jul 2026, 06:00 5 baxış
Daha bir ölkə Avropanın ən güclü ordusunu yaradacağının anonsunu verdi
Polşa 2030-cu ilə qədər şəxsi heyətin sayına və əməliyyat imkanlarına görə Avropanın ən güclü ordusuna çevriləcək Silahlı Qüvvələr yaratmaq niyyətində olduğunu bəyan edib. Oxu.Az RMF24-yə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib. Onun sözlərinə görə, Polşa hökuməti yalnız ordunun say tərkibinin artırılmasına deyil, həm də müasir texnologiyaların inkişafına, o cümlədən pilotsuz sistemlərin tətbiqinə üstünlük verir. Vladislav Kosinyak-Kamış qeyd edib ki, dronlar artlq Silahlı Qüvvələrin bütün növlərində istifadə olunur, gələcəkdə isə idarəetmə təlimləri hər bir hərbi qulluqçu üçün məcburi olacaq. Əvvəllər Yunanıstanın müdafiə naziri Nikos Dendias da oxşar bəyanatla çıxış etmişdi. "2030-cu ilə qədər ölkəmiz öz tarixinin ən güclü və ən müasir Silahlı Qüvvələrinə, hətta Avropanın ən müasir ordularından birinə sahib olacaq", - deyə o bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər