Dünya
Gürcüstanda genişmiqyaslı elektrik kəsintisi: Bir neçə şəhər işıqsız qaldı
Gürcüstanda genişmiqyaslı elektrik kəsintisi qeydə alınıb. Oxu.Az bu barədə "Sputnik Gürcüstan" saytına istinadən xəbər verir Məlumata əsasən, Tbilisi və Batumi də daxil olmaqla bir sıra şəhərlərdə işıq yoxdur. Elektrik enerjisinin kütləvi kəsilməsinin səbəbləri hazırda məlum deyil, rəsmi qurumlar heç bir izahat verməyiblər. Elektrik təchizatı eyni vaxtda paytaxtın demək olar ki, bütün rayonlarında, habelə ölkənin digər bir çox regionlarında kəsilib.
Mənbə
oxu.az