Dünya

İran Küveyt ərazisinə zərbələr endirib - VİDEO

24 Jul 2026, 01:32 2 baxış
İran Küveyt ərazisinə zərbələr endirib - VİDEO
ABŞ tərəfindən İranın Şələmçə sərhəd məntəqəsinə hücumuna cavab olaraq, İraqla sərhəddəki Küveyt gömrüyü bombalanıb. Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Küveytdə elektrik stansiyası da hədəfə alınıb. Digər hücumda Küveytdə dağıdılmış binaların hamısı hərbi yataqxanalar olub. Peyk görüntülərində telekommunikasiya qülləsinin, eləcə də ABŞ ordusunun Küveytdəki "Kemp Boehring" bazasının içərisindəki yaşayış konteynerlərindən ibarət yaşayış blokunun dağıdılması müşahidə olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər