Dünya

Türkiyədə bələdiyyə sədri və həyat yoldaşı həbs edildi

24 Jul 2026, 02:00 2 baxış
Türkiyədə bələdiyyə sədri və həyat yoldaşı həbs edildi
Türkiyədə İzmit bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində keçirilən əməliyyatda saxlanılan İzmit bələdiyyə sədri Fatma Kaplan Hürriyyet və onun həyat yoldaşı Murat Hürriyyet həbs edilib. Oxu.Az bu barədə "Dünya" qəzetinə istinadən xəbər verir. İstanbul Prokurorluğunun İzmit bələdiyyəsinə qarşı apardığı təhqiqat çərçivəsində ümumilikdə 30 nəfər saxlanılmışdı. Onlardan 20-si barəsində həbs qətimkan tədbiri seçilərək cəzaçəkmə müəssisəsinə göndərilib. 10 şübhəli barəsində isə məhkəmə nəzarəti qətimkan tədbirinin tətbiq edilməsinə qərar verilib. Təhqiqat zamanı İzmit bələdiyyə rəhbərliyi tərəfindən təşkil edilən tenderlərdə qalib gələn şirkətlər və tenderə təklif verən firmalarla bələdiyyə rəhbərliyi arasında qohumluq əlaqələrinin olduğu, bələdiyyə ilə iş görən şirkətlərdən "komissiya" adı altında pul alındığı, bələdiyyə sədrinin həyat yoldaşının isə tender prosesləri, kadr qəbulu və ştatların müəyyənləşdirilməsində birbaşa əlaqəsinin olduğu müəyyən edilib. Bu çərçivədə İzmit bələdiyyə sədri Fatma Kaplan Hürriyyet və əri Murat Hürriyyet də daxil olmaqla 30 şübhəliyə qarşı "cinayət törətmək məqsədilə şəbəkə qurmaq", "rüşvətxorluq" və "tenderə qanunsuz müdaxilə etmək" ittihamları irəli sürülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər