Dünya
Tramp: "Venesuelanı ABŞ-nin energetika naziri idarə edir"
ABŞ Prezidenti Donald Tramp Venesuelanın faktiki idarə olunmasını ABŞ-nin energetika naziri Kris Raytın həyata keçirdiyini iddia edib. Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir. "Venesuelanı o idarə edir. Onlarla əla münasibətlərimiz var. Venesuela xalqı hazırda çox xoşbəxtdir. Dünyanın ən böyük neft şirkətləri oraya gedir və vaxtilə hamının qeyri-mümkün hesab etdiyi işləri görürlər. Biz Venesuela neftinin bir hissəsini götürürük və bu, bizim haqqımızdır. Onlar da neftin bir hissəsini götürürlər. Venesuela indi əvvəllər heç vaxt olmadığı qədər çox qazanır", - deyə Tramp vurğulayıb. Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesueladakı mülki və hərbi obyektlərə hücum edib, prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi ələ keçirərək ölkədən aparıb.
Mənbə
oxu.az