Dünya

İran yeddi ölkəni HƏDƏLƏDİ

24 Jul 2026, 01:00 1 baxış
İran yeddi ölkəni HƏDƏLƏDİ
"ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) başçısı Bred Kuper Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv olan ölkələrin və İordaniyanın ABŞ tərəfindən İrana qarşı hərbi hücumlarında iştirak etdiyini birbaşa bəyan edib. Əgər bu iddia yalandırsa, həmin ölkələr bunu rəsmi və şəffaf şəkildə təkzib etməlidirlər". Oxu.Az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, İran bu faktları nəzərə alaraq və özünün qanuni özünümüdafiə hüququnu həyata keçirərək həmin ölkələrin ərazisində yerləşən ABŞ hərbi bazalarına və obyektlərinə zərbələr endirdiyi bir vaxtda İranın "məqsədlərini" şübhə altına almaq məntiqə açıq-aşkar hörmətsizlikdən və əsassız aldatma cəhdindən başqa bir şey deyil: "Bu ölkələrin öz ərazilərini ABŞ təcavüzü üçün plasdarm kimi təqdim etməsi onları təcavüzün şəriklərinə çevirir, habelə mehriban qonşuluq prinsipinin kobud pozuntusunu təşkil edir. İranın öz qanuni özünümüdafiə hüququndan istifadə etməsi bütün regionda təhlükəsizliyin və sabitliyin bərpası üçün sadəcə zəruri bir addımdır". Qeyd edək ki, Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına altı ölkə - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Küveyt, Bəhreyn və Oman daxildir.
Mənbə oxu.az

Oxşar Xəbərlər