Digər
Çin lideri bu tarixdə ABŞ-a səfər edəcək
Çin Xalq Respublikasının Sədri Si Szinpin sentyabrın 24-də ABŞ-a səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
“Prezident Si Szinpin sentyabrın 24-də gəlir. Mən Pekində olanda süni intellekt haqqında danışmışdıq və bu barədə yenidən danışacağıq”, - deyə Ağ Ev rəhbəri bildirib.
Tramp səfər zamanı tərəflər arasında süni intellekt sahəsində əməkdaşlıq və digər ikitərəfli məsələlərin müzakirə olunacağını qeyd edib.
Mənbə
axar.az