Kriminal

Bakıda çoxmərtəbəli binada YANĞIN: Sakinlər təxliyə olundular - VİDEO

23 Jul 2026, 23:24 4 baxış
Bakıda çoxmərtəbəli binada YANĞIN: Sakinlər təxliyə olundular - VİDEO
Paytaxtın Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində 16 mərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində binanın şaxtası boyunca 51 p.m elektrik kabelləri yanıb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunublar. Xəsarət alan olmayıb. Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər