Dünya
İran tankeri ABŞ-nin blokadasını yardı
İranın neft tankeri ABŞ-nin Hömüz boğazında tətbiq etdiyi blokadanı yarıb. Oxu.Az bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verir. "Bir qədər əvvəl İran donanmasına məxsus neft tankeri ABŞ-nin qoyduğu blokadaya məhəl qoymayaraq Oman körfəzinə daxil olub", - deyə agentliyin "Telegram" kanalındakı məlumatda bildirilir. Qeyd edək ki, daha əvvəl ABŞ dəniz blokadasını bərpa etmişdi. "Reuters" agentliyi İranın husilərə Bab əl-Məndəb boğazını bağlamaq xahişi ilə müraciət etdiyini xəbər vermişdi.
Mənbə
oxu.az