Cəmiyyət

Dənizdə batan gəncin axtarışları davam etdirilir - Video

23 Jul 2026, 16:48 1 baxış
Dənizdə batan gəncin axtarışları davam etdirilir - Video

15 iyul tarixində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə batan 2004-cü il təvəllüdlü Elgün Elçin oğlu Qarayevin axtarışları davam etdirilir.


Axar.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.


Hazırda axtarışlar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.


Mənbə axar.az

Oxşar Xəbərlər