Digər

Bu məşhurlar “Ahbap” üçün ifadəyə çağırıldılar

23 Jul 2026, 17:52 1 baxış
Bu məşhurlar “Ahbap” üçün ifadəyə çağırıldılar

“Ahbap” dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində məşhur aktyorlar Şahan Gökbakar və aktrisa Hazal Kaya, məşhur jurnalistlər Fatih Altaylı, Ruşen Çakır və Özləm Gursəs dindiriləcək.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.


Veriləcək ifadələrin əhatə dairəsi ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, istintaqın davam etdiyi və çoxşaxəli olduğu bildirilib.


Qeyd edək ki, məşhur müğənni Haluk Levent və Babala TV-nin təsisçisi Oğuzxan Uğur “Ahbap” dərnəyi ilə bağlı istintaq çərçivəsində həbs ediliblər.

Mənbə axar.az

Oxşar Xəbərlər