Digər

Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

23 Jul 2026, 14:02 9 baxış
Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

Qırğızıstan Xarici İşlər Nazirliyi Rusiyanın bəzi bölgələrində pilotsuz uçuş aparatları ilə bağlı hücumlar fonunda ölkə vətəndaşlarına ehtiyatlı olmağı tövsiyə edib.


Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan XİN-in mətbuat xidməti məlumat yayıb.


Məlumata görə, nazirlik Rusiyanın ayrı-ayrı bölgələrində PUA hücumları ilə bağlı davam edən xəbərləri nəzərə alaraq, vətəndaşlara təhlükəsizlik tədbirlərini gücləndirməyi və olduqları ərazilərdə yerli rəsmi qurumların tövsiyələrinə əməl etməyi tövsiyə edib.


Bildirilib ki, təcili konsulluq-hüquqi yardıma ehtiyacı olan Qırğızıstan vətəndaşları ölkənin Rusiyadakı səfirliyinə və ya Xarici İşlər Nazirliyinin konsulluq departamentinə müraciət edə bilərlər.

Mənbə axar.az

Oxşar Xəbərlər