Digər

Lavrov-Rubio görüşü ABŞ-ın təşəbbüsüdür

23 Jul 2026, 12:07 15 baxış
Lavrov-Rubio görüşü ABŞ-ın təşəbbüsüdür

ABŞ özü Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Dövlət katibi Marko Rubio arasında Manilada görüş keçirilməsini istəyib.


Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.


“Təşəbbüs ABŞ tərəfindən gəlib, ASEAN tədbiri çərçivəsində burada çoxlu sayda görüş keçirilir. Rusiya nümayəndə heyəti isə bu görüşə razılıq verib”, - o bildirib.


Qeyd edək ki, Rubio ilə Lavrov arasında 35 dəqiqə davam edən görüş baş tutub.

Mənbə axar.az

Oxşar Xəbərlər