Kriminal
Ağdamın daha bir kəndində güclü yanğın
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağdam rayonunun Kəngərli kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Qurumdan Oxu.Az-a verilən xəbərə görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir. Əlavə məlumat veriləcək. Qeyd edək ki, gecə saatlarında Sarıcalı kəndində yanğın hadisəsi baş verib.
Mənbə
oxu.az