Dünya

İrandan TƏHDİD: "Biz neft satmayacağıqsa, heç kim sata bilməyəcək"

22 Jul 2026, 22:16 1 baxış
İrandan TƏHDİD: "Biz neft satmayacağıqsa, heç kim sata bilməyəcək"
"Əgər Tehranın özü neft ixrac edə bilməyəcəksə, İran regionda heç kimə neft satmağa imkan verməyəcək". Oxu.Az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf "X" sosial şəbəkəsindəki hesabında yazıb. "Bizim neft sata bilmədiyimiz regionda heç kim neft sata bilməyəcək. Əgər təhlükəsizliyimiz təmin olunmasa, heç bir infrastruktur obyekti təhlükəsiz qalmayacaq. Hörmüz boğazında təhlükəsizlik yalnız ABŞ qüvvələri bölgədə olmadığı halda mümkündür", - deyə o bildirib. Qalibaf vurğulayıb ki, mövcud qarşıdurma artıq "ya hamı, ya da heç kim" prinsipinə əsaslanır. * İrandan ABŞ-ni qıcıqlandıran bəyanat: "Raket obyektlərimizin yerini tapa bilmirlər" Xatırladaq ki, ABŞ-İran qarşıdurmasında növbəti gərginlik iyulun 8-də başlayıb. Vaşinqton və Tehran arasında memorandum imzalandıqdan sonra ABŞ Silahlı Qüvvələri ilk dəfə olaraq Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab verdiyini bildirərək İran ərazisində bir neçə hədəfə zərbələr endirib. Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin başa çatdığını elan edib. Bundan sonra Tehran cavab tədbirləri çərçivəsində Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Omanda yerləşən ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirməyə başlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər