Dünya
İrandan ABŞ-ni qıcıqlandıran bəyanat: "Raket obyektlərimizin yerini tapa bilmirlər"
İran Silahlı Qüvvələrinin nümayəndəsi Əbülfəzl Şekarçi bildirib ki, ABŞ ən müasir kəşfiyyat vasitələrindən istifadə etsə də, İranın bəzi raket istehsalı müəssisələrinin yerləşdiyi əraziləri müəyyən edə bilmir. Oxu.Az xəbər verir ki, bu barədə o, IRNA agentliyinə açıqlamasında danışıb. "Raket istehsal edən müəssisələrimizin bir hissəsinin yerləşdiyi məkan düşmənə məlum deyil. Onlar bütün kəşfiyyat imkanlarına və texnologiyalarına baxmayaraq, bu obyektlərin harada yerləşdiyini müəyyən edə bilmirlər və çaşqın vəziyyətdədirlər", - deyə Şekarçi bildirib. O əlavə edib ki, İranda pilotsuz uçuş aparatları və raketlərin istehsalı nə müharibə dövründə, nə də atəşkəs müddətində dayandırılıb.
Mənbə
oxu.az