Dünya

Bolqarıstan parlamenti ABŞ hərbçilərinin ölkədə yerləşdirilməsinə razılıq verdi

22 Jul 2026, 20:12 1 baxış
Bolqarıstan parlamenti ABŞ hərbçilərinin ölkədə yerləşdirilməsinə razılıq verdi
Bolqarıstan parlamenti ölkə ərazisində ABŞ hərbçlərinin yerləşdirilməsinə razılıq verib. Oxu.Az xəbər verir ki, bu barədə sözügedən ölkənin mətbuatında məlumat yayılıb. Bildirilib ki, səkkizə qədər ABŞ hərbi yanacaqdolduran təyyarəsi və onların heyəti, həmçinin şəxsi silahları, döyüş sursatları və aerodrom texnikası ilə birlikdə 250-dək Birləşmiş Ştatlar hərbçisi Bolqarıstanda yerləşəcək. Qəbul edilmiş qərara əsasən, ABŞ-nin Yaxın Şərqdəki fəaliyyətlərini dəstəkləmək məqsədilə bu qüvvələr 2026-cı il iyulun 24-dən oktyabrın 1-dək Bezmer aviabazasına dislokasiya olunacaqlar. Bununla bağlı müvafiq təklif Bolqarıstan hökuməti tərəfindən irəli sürülüb. Qətnamə layihəsinin lehinə 136 deputat səs verib, 13 parlament üzvü əleyhinə çıxış edib, daha iki nəfər isə bitərəf qalıb. Bundan əlavə, parlament ABŞ qüvvələrinin və texnikasının yerləşdirilməsini təmin etmək üçün lazımi təşkilati işlərin görülməsini baş nazirə həvalə edib. Parlamentin Müdafiə Komitəsinin hesabatında qeyd olunur ki, bu qərarın icrası Bolqarıstan Müdafiə Nazirliyinin 2026-cı il büdcəsindən əlavə maliyyə vəsaitinin ayrılmasını tələb etməyəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər