Dünya
İngiltərə çempionu olmuş futbol klubu SATIŞA ÇIXARILDI
Tailandın turizm və pərakəndə satış qrupu "King Power" 15 ildir sahib olduğu İngiltərə Premyer Liqası klubu "Lester Siti"ni satışa çıxarıb. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb. Şirkətin rəhbərliyi altında olduğu on beş illik müddət ərzində komanda bir dəfə Premyer Liqanın qalibi adını əldə edib. Satış prosesində vasitəçi qismində "Citigroup"un iştirakı planlaşdırılır. 2015-16-cı illər mövsümündə çempionluq sevinci yaşayan klub həmin dövrdən sonra ciddi tənəzzüllə üzləşib. Hazırda komanda İngiltərə futbol sisteminin üçüncü liqası hesab edilən Liqa 1-də mübarizə aparır.
Mənbə
oxu.az