Dünya

Rumıniyada fabrikdə iki güclü partlayış baş verib - FOTO - VİDEO

22 Jul 2026, 16:04 2 baxış
Rumıniyada fabrikdə iki güclü partlayış baş verib - FOTO - VİDEO
Rumıniyanın mərkəzi regionunda, Braşov şəhəri yaxınlığında fəaliyyət göstərən "Kronospan" ağac emalı zavodunda iki güclü partlayış qeydə alınıb. Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı məlumatı yerli bizbrasov.ro yayıb.

Məlumata görə, ilk partlayış Bakı vaxtı ilə təxminən 07:25-də baş verib, nəticədə müəssisədə yanğın yaranıb. Xilasedicilər yanğınla mübarizə üçün gəldikdən sonra, Bakı vaxtı ilə saat 09:30-da ikinci partlayış baş verib və bu partlayış korpuslardan birinin damını tamamilə dağıdıb. Bildirilir ki, hadisə yerində bir neçə yanğınsöndürmə briqadası işləyir. Hadisənin başvermə səbəbləri və zərərçəkənlər barədə hələlik heç bir rəsmi məlumat verilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər