Digər
Epşteynin şəriki Fransada ölü tapıldı
Amerikalı maliyyəçi Ceffri Epşteynin ehtimal olunan şəriklərindən biri Fransada ölü tapılıb.
Axar.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Məlumata görə, söhbət keçmiş model agenti və fotoqraf 69 yaşlı Daniel Siaddan gedir. O, Epşteyn üçün cinsi istismar məqsədilə gənc qadınların, modellərin seçilməsində iştirak etməkdə şübhəli bilinirdi.
Ölümün səbəbi hələlik müəyyən edilməyib.
Mənbə
axar.az