Dünya
Ukrayna ordusunun yeni Baş Qərargah rəisinin kimliyi bəlli oldu
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yeni rəisinin kimliyi müəyyənləşib. Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" hesabında məlumat paylaşıb. Baş Qərargahın rəisi vəzifəsinə yeni Baş komandan Mixail Drapatınla çiyin-çiyinə döyüşmüş zəngin döyüş təcrübəsinə malik general-mayor İqor Skibyuk təyin olunub. O, bu təyinatadək Baş Qərargah rəisinin müavini postunda çalışıb.
Mənbə
oxu.az