Digər

Tramp yalan deyir, can atmırıq - Qaşqavi

22 Jul 2026, 14:43 3 baxış
Tramp yalan deyir, can atmırıq - Qaşqavi

ABŞ Prezidenti Donald Trampın İranın danışıqlar tələb etdiyi iddiası tamamilə yalandır.


Axar.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Həsən Qaşqavi bildirib.


Rəsminin sözlərinə görə, Trampın bütün açıqlamaları yalnız neft qiymətlərinin aşağı salınmasına yönəlib:


“Onun təkrarlanan ifadələri artıq bazarları qısa müddətə belə stabilləşdirə bilmir”.


Qeyd edək ki Tramp İranın ABŞ-la yenidən görüşməyə can atdığına dair açıqlama verib.

Mənbə axar.az

Oxşar Xəbərlər