Dünya

Fransada güclü meşə yanğını: Əhali təxliyə olunur - FOTO - VİDEO

22 Jul 2026, 13:04 1 baxış
Fransada güclü meşə yanğını: Əhali təxliyə olunur - FOTO - VİDEO
Fransanın cənub bölgəsində yerləşən Var bölgəsində 2500 hektar ərazini əhatə edən yeni meşə yanğını başlayıb. Təbii fəlakətlə əlaqədar yerli hakimiyyət orqanları 400-ə yaxın sakini ərazidən təxliyə etmək məcburiyyətində qalıblar. Oxu.Az xəbər verir ki, bu barədə "TF1" telekanalı məlumat yayıb.

Qısa müddət ərzində yüzlərlə hektar sahəyə yayılan alov bir neçə yaşayış məntəqəsi üçün ciddi təhlükə yaradıb. Bununla yanaşı, 2 300-ə yaxın ev elektrik enerjisindən məhrum olub, bir neçə fərdi yaşayış evi isə yanaraq yararsız hala düşüb. Alovla mübarizə tədbirlərinə yanğınsöndürmə və xilasetmə xidmətinin 1 200 əməkdaşı cəlb olunub. Həmçinin, yanğının qarşısının alınması üçün havaya dörd yanğınsöndürən təyyarə və onların fəaliyyətini əlaqələndirən bir helikopter qaldırılıb.
{{gallery}}
Fransada güclü meşə yanğını: Əhali təxliyə olunur - FOTO - VİDEO Fransada güclü meşə yanğını: Əhali təxliyə olunur - FOTO - VİDEO Fransada güclü meşə yanğını: Əhali təxliyə olunur - FOTO - VİDEO Fransada güclü meşə yanğını: Əhali təxliyə olunur - FOTO - VİDEO Fransada güclü meşə yanğını: Əhali təxliyə olunur - FOTO - VİDEO Fransada güclü meşə yanğını: Əhali təxliyə olunur - FOTO - VİDEO Fransada güclü meşə yanğını: Əhali təxliyə olunur - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər