Dünya
Krasnodara PUA hücumu: Ölən və yaralananlar var - VİDEO
Rusiyanın Krasnodar diyarına pilotsuz uçuş aparatlarının (PUA) hücumu zamanı bir nəfər ölüb, 10 nəfər xəsarət alıb. Oxu.Az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə bölgənin qubernatoru Veniamin Kondratyev məlumat verib.
Onun sözlərinə görə, dron hücumu nəticəsində Armavirdə "Wildberries" anbarının əməkdaşı həlak olub. "Yaralılardan üçünün vəziyyəti ağır, birinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir. Onlar şəhər xəstəxanalarına yerləşdiriliblər. Digər altı nəfərə isə yerindəcə ambulator tibbi yardım göstərilib", - deyə qubernator bildirib. Həmçinin Krasnodarda iki çoxmənzilli binaya, Dinskaya yaşayış məntəqəsində isə iki fərdi evə PUA qalıqları düşüb, xəsarət alan yoxdur.

Mənbə
oxu.az