Dünya

Atlantik okeanında 74 il əvvəl qəzaya uğramış təyyarənin qalıqları tapıldı - FOTO

22 Jul 2026, 10:16 2 baxış
Atlantik okeanında 74 il əvvəl qəzaya uğramış təyyarənin qalıqları tapıldı - FOTO
Atlantik okeanında, Puerto-Riko sahilləri yaxınlığında 74 il əvvəl qəzaya uğramış sərnişin təyyarəsinin qalıqları aşkar edilib. Oxu.Az xəbər verir ki, bu barədə "Warner Bros. Discovery" şirkəti məlumat yayıb. Sözügedən aviaqəza 11 aprel 1952-ci ildə baş verib. "Pan American" hava yollarına aid "Douglas DC-4" sərnişin təyyarəsi San-Xuan aeroportundan Nyu-York istiqamətində hərəkət edib. Uçuşa başladıqdan qısa müddət sonra laynerin bir mühərriki sıradan çıxıb, az sonra isə digər mühərrikdə də nasazlıq yaranıb. Pilotlar təyyarəni suyun səthinə endirməyə nail olublar. Lakin bir neçə dəqiqə ərzində DC-4 sulara qərq olub. ABŞ-nin Hərbi Hava Qüvvələri və Sahil Mühafizə xidməti 12 sərnişin, üç pilot və iki bələdçini xilas etməyi bacarıb. Qəza nəticəsində 52 nəfər həlak olub. Bu ilin 2 iyun tarixində tədqiqat qrupu müasir və yüksək dəqiqlikli hidroakustik lokator vasitəsilə iki yerə bölünmüş laynerin qalıqlarını müəyyən ediblər. Qalıqların Atlantik okeanının təqribən 600 metr dərinliyində yerləşdiyi aşkar edilib.
Atlantik okeanında 74 il əvvəl qəzaya uğramış təyyarənin qalıqları tapıldı - FOTO Atlantik okeanında 74 il əvvəl qəzaya uğramış təyyarənin qalıqları tapıldı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər