Dünya

Çilidə fırtına və şiddətli yağışlar səbəbindən ölənlərin sayı 13-ə çatdı - VİDEO

22 Jul 2026, 09:40 4 baxış
Çilidə fırtına və şiddətli yağışlar səbəbindən ölənlərin sayı 13-ə çatdı - VİDEO
Çilidə şiddətli yağışlar və fırtına nəticəsində həyatını itirənlərin sayı 13 nəfərə çatıb, 1400-dən çox insan isə sığınacaqlara yerləşdirilib. Oxu.Az xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Xidmətinin direktoru Alisiya Sebrian məlumat verib.

"Təəssüf ki, artıq 13 nəfərin öldüyü məlumdur. Yeddi şəxs isə itkin düşmüş hesab olunur", - deyə o, mətbuat konfransında bildirib. Müvəqqəti sığınacağa ehtiyacı olan çilililərin sayı artaraq 1 412-yə çatıb. "63 005 nəfər əsasən Atakama və Kokimbo regionlarında olmaqla, xarici aləmdən təcrid olunmuş vəziyyətdə qalır", - deyə Sebrian əlavə edib. Qeyd edək ki, əvvəllər bu göstərici 104 504 nəfər idi. Son məlumatlara əsasən, 22 mindən artıq evə ciddi ziyan dəyib, 81 yaşayış binası isə tamamilə dağılıb. Hazırda 87 min abonent işıqsız, 180 mindən çox insan isə susuz qalıb. Sinoptiklərin proqnozlarına görə, yaxın günlərdə yağıntıların miqdarı azalacaq. Bundan əvvəl Kokimbo regionunda və Atakama bölgəsinin Uasko əyalətində fövqəladə hal elan edilmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər